
Normand formatının heç bir iştirakçısı ABŞ-ın danışıqlara qoşulmasına qarşı çıxmaz.
Bu sözləri Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
Onun sözlərinə görə, Normand və Minsk formatları işləmir:
“Bu məsələ Zelenskini və hamımızı düşündürən əsas məsələdir. Çünki biz konfliktin həllinə nail olaraq ərazilərimizi geri qaytarmalıyıq. Belə vəziyyətdə hazırda Minsk və Normand formatlarında bizim ərazilərimizi qaytarmağımız qeyri-mümkündür”.
Conflict.az