Sizin reklam burada
Sizin reklam burada

“Bu ölkələr bizə ciddi təzyiq göstərə bilər"

“Bu ölkələr bizə ciddi təzyiq göstərə bilər"
Rusiya-Belarus ittifaqı Ukrayna üçün ciddi təhlükədir.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski alman nəşrinə açıqlamasında deyib.

O, Belarus və Rusiya arasında imzalanmış "İttifaq dövləti" sazişi çərçivəsində inteqrasiyadan narahat olduğunu açıqlayıb:

“Bu ölkələr bizə ciddi təzyiq göstərə bilər. Rusiya Belarus silahlı qüvvələri üzərində nəzarəti ələ keçirə bilər. Biz burada özümüzə qarşı bir sıra təhlükələr görürük”.

Qeyd edək ki, Belarus və Rusiya arasında 1999-cu ildə "İttifaq dövləti" sazişi imzalanıb. 2019-cu ildə isə saziş çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı proqram qəbul olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş