
Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyi haqda bəyanatları real addımlara səbəb olmayacaq.
Bunu "Valday" beynəlxalq diskussiya klubunun inkişafı və dəstəklənməsi Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov deyib.
"Avropanın Rusiyaya qarşı strategiyası yoxdur. Onlar indi nə edəcəklərini bilmirlər, ona görə də yalnız tənqid edirlər. Əslində, istənilən real tədbir Avropa tərəfinə də zərər verir, bu isə heç kəsə lazım deyil. Onlara siyasi cəhətdən heç bir reaksiya verməmək də düz deyil. Münasibətlər sabit pisdir. Heç kim onları daha da pisləşdirmək istəmir", - deyə ekspert bildirib.
Conflict.az