
ABŞ Prezidenti Co Bayden ölkənin kəşfiyyat xidmətlərinə koronavirusun mənbəyi haqqında məlumat toplamağı tapşırıb.
Bayden 90 gün ərzində kəşfiyyatdan virusun mənşəyi ilə bağlı son nəticəyə gəlməyə kömək edə biləcək bütün lazımi məlumatları toplamaq üçün səyləri artırmağı istəyib.
Prezident, həmçinin Çinlə əlaqəli şübhələr də daxil olmaqla, daha çox araşdırma tələb edə biləcək konkret məsələlərə xüsusi diqqət yetirmələrini tələb edib.
Qeyd edək ki, daha öncə ABŞ-dan SARS-CoV-2 koronavirusunun ilk alovlanmasının bir Çin tədqiqat laboratoriyasından sızma nəticəsində meydana gəldiyinə dair güclü dəlil olduğu bildirilmişdi.
Conflict.az