Sizin reklam burada
Sizin reklam burada

"İkinci dərəcəli təsirlərdən narahatlıq hissi keçiririk"

"İkinci dərəcəli təsirlərdən narahatlıq hissi keçiririk"
Pandemiyanın hakimiyyət orqanlarının nəzarəti altından çıxdığı Hindistanda koronavirusla bağlı vəziyyət narahatlıq doğurur.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, koronavirusun variantları və yayılması ABŞ-da narahatlıq doğurur:
"Biz ölənlərin sayı, eləcə də Hindistanda pandemiyanın nəzarətdən çıxtdığı müddətdə müəyyən olan ikinci dərəcəli təsirlərdən narahatlıq hissi keçiririk".
Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 19,5 milyon nəfər təşkil edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş