arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin"

"Aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin"
Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.
O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar.
Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək".
Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək:

'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ