Sizin reklam burada
Sizin reklam burada

"Hunter, məni aldatdın"

"Hunter, məni aldatdın"
ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Bayden ilə bağlı qalmaqallar yaşanmaqdadır.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ingilis "Daily Mail" nəşri məlumat yayıb. Nəşr əvvəllər adı narkotik aludəçisi kimi hallanan Hunterin bu dəfə qanunsuz övladının olduğunu bildirib.

Hunterin keçmiş arvadı onu qardaşının dul arvadı ilə əlaqəsinin olduğunu iddia edib. "Daily Mail" nəşri aldadılan Kathlin Bayden tərəfindən Hunterə atılan 2016-cı ildə yazdıqları e-postaları ələ keçirib. E-postlarda Kathlin yoldaşı Hunter ilə Hallie Bayden arasındakı romantik yazışmaları aşkar etdiyi barədə yazıb.

O, həmçinin Hunteri ona narkotik həblər verməkdə günahlandırıb. Kathlin 28 iyul 2016-cı il tarixində Hunterə yazıb: "Səni tərk edirəm, çünki başqasıyla bir münasibət yaşıyırsan və məni duyğusal olaraq incidirsən. Ayrılmaq istədiyimi təəccübləndirdiyinizi və buna alışmaq üçün zamana ehtiyac duyduğunuzu söyləyirsiniz. Aldığınız təyyarə biletlərinin və zinət əşyalarının fakturalarını tapanda çox təəccübləndim".

Kathlin göndərdiyi elektron poçtda onu əvvəlki xəyanətinə görə bağışladığını, ancaq bu münasibətin isə son damla olduğunu söyləyib: "Cinsəl gücü artıran həblər alaraq məni aldatmaqla qalmadınız. Ona bahalı hədiyyələr aldınız. Hunter, məni aldatdın. Mən tibb mütəxəssislərindən yardım alarkən sən məni aldatmaya davam etdin".

"Daily Mail" nəşri Hunter Baydenin iki yaşında övladının olduğunu qeyd edib. Nəşr bu yaxınlarda bu barədə geniş məlumat verəcəyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ