
ABŞ Prezidenti Co Bayden Tramp administrasiyası dönəmində Fələstinə kəsilən yardımı yenidən bərpa edib.
Bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri Qəzza və İordan çayının Qərb sahilindəki fələstinlilərə koronavirus pandemiyası ilə mübarizə üçün 15 milyon dollar ayırıb.
Bundan əlavə, administrasiya Konqresə gizli müraciət edərək, fələstinlilərə bir gün sonra daha 75 milyon dollar həcmində dəstək göstərildiyini qeyd edib.
Belə ki, Bayden administrasiyası bununla Tramp dövründə itirilən etibarı və xoş niyyəti yenidən qazanmağı hədəfləyir.
Conflict.az