
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını tənqid edib.
Pompeo hesabat müəlliflərini Çinin dezinformasiya siyasətini dəstəkləməkdə ittiham edib.
“Bu səbəbdən ABŞ-ın ÜST-dən çıxmasını tövsiyə etmişdim”, - deyə sabiq dövlət katibi Tvitter səhifəsində yazıb.
Pompeonun sözlərinə görə, COVİD-19-un mənşəyi məhz Çindəki Uhan Virusologiya İnstitutudur.
Qeyd edək ki, ÜST koronavirusun mənbəyinin Çində olmadığını bəyan etmişdi.
Conflict.az