Sizin reklam burada
Sizin reklam burada

"Bunlar Ermənistan üçün çox ağrılıdır"

"Bunlar Ermənistan üçün çox ağrılıdır"
Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması üçün çox ağrılı məsələlərin həllinə ehtiyac var.
Bunu Ermənistan Prezidenti Armen Sərkisyan RBK-ya müsahibəsində deyib.

“Bütün bunlar Ermənistan üçün çox ağrılıdır, bir vaxtlar Azərbaycan üçün ağrılı olduğu kimi. Yəni münasibətlərin normallaşması və ya hər hansı bir layihədən danışmazdan qabaq həll edilməsi lazım olan çox ağrılı məsələlər var. Azərbaycanda erməni hərbi əsirlər var (erməni terrorçular nəzərdə tutulur – red.), Ermənistanda və “artsaxda” (erməni prezident bu ifadə ilə hələ də işğalçılıq siyasətindən əl çəkmədiyini nümayiş etdirir – red.) azərbaycanlı əsirlər yoxdur”, - Sərkisyan bildirib.

Sərkisyanın sözlərinə görə, itkin düşənlər də var və bu az deyil. Onların yaxınları hər gün cənnət və cəhənnəm arasında yaşayır:

“Azərbaycan məlumat və ya cəsədləri verməklə bu ailələrə kömək edə bilər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş