Sizin reklam burada
Sizin reklam burada

Avropalı liderlər peyvəndlənmənin əleyhinədir

Avropalı liderlər peyvəndlənmənin əleyhinədir
Rusiyanın “Sрutnik V” vaksinin əldə edilməsi məsələsindən dolayı Avropa liderlər arasında fikir ayrılıqları yaşanır.
Bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Bildirilib ki, Avrokomissiya “Sрutnik V”nin alınması ilə bağlı hələ ki, danışıqlara başlamayıb. Lakin yerli jurnalistlərin iddiasına görə, bu proses siyasi mülahizələrdən dolayı uzun müddət davam etməyəcək.

Bir çox ölkə, ilk növbədə Almaniya rus vaksini ilə yaxından maraqlanır. Hətta kansler Angela Merkel ittifaqın “Sputnik V” sifariş etməyəcəyi təqdirdə Almaniyanın müstəqil şəkildə bu vaksini əldə edəcəyini söyləyir. Həmçinin Avstriya da öz ərazisində vaksinin istehsalında maraqlıdır.

“Le Monde” yazır ki, bəzi avropalı liderlər, o cümlədən Fransa xarici işlər naziri Jan İv Lö Drian “Sрutnik V” ilə peyvəndlənmənin əleyhinədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş