
Rusiya Prezidenti Vladimir Putin media qarşısında, ictimai şəkildə peyvənd olunmamasının səbəbini açıqlayıb.
“Rossiya 1” kanalının efirində yayımlanan “Moskva. Kreml. Putin” verilişində danışan V.Putin meymunluq eləməyə gərək olmadığını bildirib: “Başqasının etdiyini etməyə məcburam? Yəqin ki yox”.
Prezident həmçinin vurğulayıb ki, əgər kimisə aldatmaq lazım olsaydı, bunu hətta kameraların önündə də etmək olar: “İnyeksiyanı göstərə bilərsən, amma onun içində kefir, portağal suyu və s. ola bilər. Təbii ki, zarafat edirəm. Adicə vitaminlər də inyeksiya edilə bilər”.
Conflict.az