
Bayden administrasiyası “Şimal axını 2” qaz kəmərinin tikintisi məsələsini Almaniya kimi müttəfiqləriylə münasibətlərin gücləndirilməsi üçün qurban verməlidir.
Bunu Amerika Sahibkarlıq İnstitutunda xarici və müdafiə siyasəti sahəsində tədqiqatların rəhbəri Kori Şakki deyib.
“Müttəfiqlərin mövcudluğu ümumi dəyərlərə əsaslanan qurban tələb edir. Bu o demək deyil ki, digər demokratik ölkələr hər zaman ABŞ-ın istədiyi şeyləri etməlidirlər. Bayden administrasiyası “Şimal axını 2” ilə bağlı Mərkəzi Avropa və Ukraynanı rahatladacaq kompromisə getməlidir.
Əgər Bayden Çinə müqavimət göstərmək istəyirsə, Almaniya ilə münasibətlərin gücləndirilməsi üçün nəyisə qurban verməlidir. “Şimal axını 2” ilə bağlı fikir ayrılığı ABŞ-ın avropalılardan Çinə daha inteqrasiya olunmuş müttəfiqlik yanaşması tələb etdiyi anda baş verir”, - deyə o bildirib.
Conflict.az