
Sudan ilə Efiopiya arasında yeni silahlı qarşıdurma yaşanıb.
Bu barədə "Sudan Tribune" qəzeti məlumat yayıb.
Bildirilib ki, Basinda bölgəsində Efiopiyanın Amhara əyalətindən olan silahlılar hökumət qüvvələrinin dəstəyi ilə səkkiz kilometr Sudan ərazisinə keçiblər. Sudanlı qüvvələr Taya şəhərinin şimalında bu qruplara müqavimət göstərib və nəticədə hücum edənlər itkilərlə ərazini tərk etmək məcburiyyətində qalıblar.
Ölkələr arasında sərhəddə vəziyyət həll olunmamış qalır və silahlı qarşıdurmalar davam edir.
Conflict.az