Sizin reklam burada
Sizin reklam burada

Böyük sənaye müəssisələrini itirmək çox ağrılı olacaq"

Böyük sənaye müəssisələrini itirmək çox ağrılı olacaq"
Ukraynanın şərqində-Donbasda vəziyyət hər gün gərginləşməkdə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Donbas ətrafında texnika və canlı qüvvələrinin əhəmiyyətli dərəcədə cəmlənməsi Rusiyanı narahat edir və Ukraynanı hərbi əməliyyatlara başlamaqdan çəkindirmək üçün hədə -qorxu gəlirlər. Bu gün -martın 24-də Rusiyanın “Novosti dnya” xəbər portalında bu hədəni açıq şəkilfdə bildirən Rusiya rəsmiləri - həm siyasilər, həm də hərbiçilər bildiriblər ki, “Ukrayna Silahlı Qüvvələrinin münaqişəni güc yolu ilə həll etmək cəhdləri müdafiə müəssisələrinin və strateji infrastrukturun fəlakətli məhvinə səbəb ola bilər”.
Bu barədə Rusiya Federasiyasının keçmiş baş naziri Yevgeny Maksimoviç Primakovun nəvəsi olan “Rossotrudnichestvo”-nun rəhbəri Yevgeni Primakov açıqlama verib.

"Və əgər Kiyev yeni "qaynar qazanlarda "əsgərlərini itirəcəyinə görə çox təəssüflənmirsə (çox güman ki, Vaşinqtonun reaksiyasına səbəb olacağını hesablayaraq buna ümid bəsləyir), o zaman, məsələn, rabitə şəbəkələrini, aerodromları, körpüləri, elektrik stansiyalarını, dəmir yolu qovşaqlarını, hərbi məhsullar istehsal edən böyük sənaye müəssisələrini itirmək Kiyev rejimi üçün çox ağrılı olacaq "- Primakov deyib.

Azərbaycanın 44 günlük müharibədəki qələbəsi nümunə kimi tez-tez yada salınır. Bu dəfə də Qarabağ müharibəsi başqa rakursdan təhlil olunub. Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko, “Ukraina.ru” şəbəkə portalına verdiyi müsahibəsində bildirib ki, Ukrayna Azərbaycanın uğurlu Qarabağ ssenarisinin Donbasda təkrarına ümid etməməlidir.

Beləliklə, Kiyevin Donbasdakı Qarabağ ssenarisindən istifadə ehtimalı barədə suala politoloq qəti şəkildə belə bir planın həyata keçirilməsinin mümkün olmadığını bildirib. Bezpalko, Rusiyanın Ukraynanın Donbasla bağlı Qarabağ ssenarisini həyata keçirməsinə icazə verməyəcəyini qeyd edib.

"Düşünmürəm belə olsun, çünki Donbasın arxasında bütün hərbi gücü ilə Rusiya durur"-politoloq deyib.

Bununla yanaşı, politoloq bildirib ki, Donbas sərhədlərinin "Zaporojye ya da Dneprə" qədər genişlənmə perspektivini Ukrayna rəhbərliyi bildiyindən müharibəni başlamağa risq etməz. Müharibə başladığı halda hadisələrin inkişafının qarşısını almaq üçün Rusiya Ukraynanın Donbasda Qarabağ ssenarisini həyata keçirməsinə icazə verməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş