Sizin reklam burada
Sizin reklam burada

İmişli peşə məktəbinin direktoru şagirdlərin kartını özündə saxlayır? – İDDİA

İmişli peşə məktəbinin direktoru şagirdlərin kartını özündə saxlayır? – İDDİA
İllərdir ki, ölkədə mənimsəmə faktları ilə bağlı hüquq-mühafizə orqanları ciddi iş aparmaqdadır. Onu da qeyd edək ki, ölkə prezidentinin də bu istiqamətdə aidiyyatı dövlət qurumlarının qarşısına qoyduğu vəzifələr konkretdir. “Dövlət qulluqçusu xalqın xidmətçisidir”. Lakin əldə edilən informasiyalar onu göstərir ki, nəinki dövlət başçısının xüsusi tapşırığından, hətta mənimsəmə, dövlət vəzifəsindən sui-istifadə faktları ilə bağlı həbs edilən sabiq məmurların son taleyindən belə nümunə götürməyənlər var.
Ötən gün İmişli rayonundakı mənbədən Conflict.az-a daxil olan məlumatda iddia edilir ki, rayonda fəaliyyət göstərən peşə məktəbinin direktoru Qalib Mirzəyev müəssisədə təhsil alan şagirdlərin təqaüd kartlarını özündə saxlayaraq, onlara vermir. Məlumatda o, da bildirilir ki, Rzayev Həsən Nizami oğlu da belə şagirdlərdəndir. Mənbənin iddiasına görə həmin şagirdin adına olan təqaüd kartındakı vəsait bankomatdan çıxarılaraq müəssisə rəhbəri tərəfindən mənimsənilib. Bu hadisədən sonra məsələnin daha da böyüməsini görən direktor çıxış yolu kimi həmin şagirdi təhsil müəssisəsindən uzaqlaşdırıb. Maddi itikiyə məruz qalan da şagird, təhsil müəssisəsindən uzaqlaşdırlan da. Maraqlıdır görəsən direktor şagirdi nə deyərək məktəbdən uzaqlaşdırıb? Axı normalda bu şəxsin özü ya istefa verməli idi, ya da, aidiyyatı dövlət strukturları bu istiqamətdə üzərlərinə düşən vəzifəni hüquq müstəvisində icra etməli idilər. Lakin məsələ tam əksinə, yəni zərəçəkmişin - şagirdin əleyhinə həll olunub. Belə çıxır ki, mənimsəmə faktının ictimailəşdirilməsi İmişlidə qanun pozuntusu hesab eilir?
Düzdür biz belə düşünmürük. Ən azından bir o qədər də uzaq olmayan tarixdə rayonda İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin son aqibəti ən parlaq nümunədir. Mənbənin verdiyi məlumata görə məktəb direktorunun kartları özündə saxlamasına səbəb şagirdlərin dərs prosesində demək olar ki, davamlı iştirak etməmələridir. Məlumatda o da bildirilir ki, həmin şagirdlərin dərs prosesində davamlı iştirak etməmələrinə səbəb müxtəli müəssisələrdə çalışmaları ilə bağlıdır.
Mənbənin qeyd etdiyinə görə müəllimlərdən biri ilə direktor arasında yaranmış konfliktdən sonra müəssisə rəhbərinin əməlləri ilə bağlı rayonda çoxsaylı informasiyalar dolaşmaqdadır.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş