
Türkiyəli instaqram fenomeni Murad Övüç Kim Kardaşiyan üzündən məhkəməlik olub.
Türkiyə mətbuatı xəbər verir ki, erməni ulduzun fotosunu paylaşan fenomen “Siz ermənilər pisliksiniz” sözlərini yazıb. Bundan sonra ermənilər onu məhkəməyə şikayət edib. “Xalqı alçaltmaq” maddəsi ilə hakim qarşısına çıxan fenomen bildirib ki, Kim Kardaşiyan Osmanlı imperiyasını təhqir etdiyi üçün ona belə bir cavab verib.
Qarşı tərəf Murad Övüçün həbs olunmasını tələb etsə də, məhkəmə heyəti bəraət edilməsinə qərar verib.
Conflict.az