Sizin reklam burada
Sizin reklam burada

"ÜDM-nin ən yüksək səviyyəsi 2019-cu ildə qeydə alınıb"

"ÜDM-nin ən yüksək səviyyəsi 2019-cu ildə qeydə alınıb"
“2005-ci ilin qiymətləri əsasında hesablanan real ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə, 2020-ci ildə Azərbaycanın real ÜDM-i 2013-ci il səviyyəsində olub”.
Teleqraf.com xəbər verir ki, bu statistikanı iqtisadçı Rövşən Ağayev təqdim edib.
O bildirib ki, ötən il ölkəmizin real ÜDM-i 2014-cü ilə nisbətən 1.7 faiz az olub: “Ötən dövrdə real ÜDM-nin ən yüksək səviyyəsi 2019-cu ildə qeydə alıb. Həmin ilin ÜDM-i isə 2014-cü ilə nisbətən 2 faiz çox olub. Bu o deməkdir ki, devalvasiyadan sonrakı 5 ildə Azərbaycanın iqtisadiyyatı real olaraq orta hesabla 0.5 faiz böyüyə bilmişdi. Pandemiya isə 7 illik real böyüməni sıfırladı.

Fransız iqtisadçı Thomas Piketty özünün “Kapital XXI əsrdə” əsərində son 300 illik dövrü araşdırararaq bu qənaətə gəlib ki, istənilən ölkənin dayanıqlı iqtisadi inkişafa nail olması üçün uzunmüddətli dövrdə (30-50 il ərzində) ən azı 1 faiz real böyüməsi kifayət edir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ