Sizin reklam burada
Sizin reklam burada

"Baxaq görək nə alınır”

"Baxaq görək nə alınır”
ABŞ Dövlət katibi Entoni Blinken Ağ Ev administrasiyanın Şimali Koreya ilə münasibətlərə yenidən baxılması çərçivəsində hərb variantının da nəzərdən keçirildiyini inkar etməyib.

TASS xəbər verir ki, Dövlət Departamenti qurum başçısının Yaponiyanın “Asahi TV” telekanalına müsahibəsini dərc edib.

Jurnalist E.Blinkenə KXDR ilə münasibətlərdə hərb variantının nəzərədən keçirilməsi ilə bağlı sual verib. O, isə öz növbəsində “müxtəlif təyziq üsullarının, həmçinin diplomatik səylərin təhlil olunaraq nəzərdən keçirildiyini” qeyd etməklə, hərb variantını istisna etməyib.

“Biz bu işdə Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərimizlə birlikdə hərəkət edəcəyik. Baxaq görək nə alınır”, - deyə Dövlət katibi bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş