Sizin reklam burada
Sizin reklam burada

Baş nazir siyasi qüvvələr arasında kompromisin tapılmasını istəyir

Baş nazir siyasi qüvvələr arasında kompromisin tapılmasını istəyir
Brüsseldə səfərdə olan Gürcüstan Baş naziri İrakli Qaribaşvili gün ərzində Avropa Şurasının prezidenti Şarl Mişellə iki dəfə görüşüb.
İlk görüş Brüssel vaxtı ilə 15:00-da baş tutub. Təkbətək keçirilən görüşdən sonra Qaribaşvili Belçika baş naziri ilə görüşə yollanıb. Daha sonra o, yenidən Mişellə görüşə gəlib.

Jurnalistlərə açıqlama verən baş nazir Avropa Şurasının prezidentinin Gürcüstanda siyasi qüvvələr arasında tez bir zamanda ümumi dil və kompromis tapılmasını istədiyini bildirib.

O, Mişellə niyə iki dəfə görüşdüyünə də aydınlıq gətirib. Qaribaşvili Şarl Mişellə görüşünün protokolda planlaşdırılandan daha uzun davam etdiyini, buna görə də ondan üzr istəyərək, görüşü yarımçıq tərk etdiyini, amma sonradan yenidən geriyə qayıtdığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş