
Sülh danışıqlarının Türkiyədə aparılması atəşkəsin qarant altına alınması və siyasi həll yolunda atılmış addım olacaq.
Bu sözləri Əfqanıstan xarici işlər naziri Məhəmməd Atmar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti zamanı deyib.
Türkiyəni dəyərli və etibar edilən dost ölkə olduğunu bildirən əfqan nazir sülh danışıqlarının aprel ayında təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları aparılır. Hazırda nümayəndə heyətləri Qətərin paytaxtı Dohadadır.
Conflict.az