
Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni prezidenti xanım Odil Reno-Basso Prezident İlham Əliyevlə görüşündə deyib.
"Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləşdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi. Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmdə maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı. Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk", - Reno-Basso qeyd edib.
Conflict.az