
ABŞ yaxın perspektivdə Suriyada Prezident Bəşər Əsəd hökuməti ilə münasibətləri normallaşdırma ehtimalını istisna edir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
“Bəşər Əsəd 10 il davam edən vətəndaş müharibəsinə baxmayaraq, hakimiyyətdə qalır. Amma Vaşinqtonun fikrincə, Əsəd bu müddət ərzində legitimliyindən məhrum olub və bunu bərpa etmək üçün heç nə etməyib”, - Prays bildirib.
Conflict.az