
Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov Baş nazir Nikol Paşinyanın istefasını tələb edən açıqlama verib.
General Paşinyanı “qeyri-peşəkar” adlandırıb.
Onun sözlərinə görə, üç ildə baş qərargahın dörd rəisinin Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun qeyri-peşəkarlığından və məsuliyyətsizliyindən xəbər verir.
Xaçaturov hesab edir ki, Paşinyanın ölkəyə rəhbərlik etdiyi hər gün və hər saat dövlətin təhlükəsizlik sistemini zədələyir və gələcəyini şübhə altına alır.
Conflict.az