
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərinə Maykl Penslə qatılmayacaq.
Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp yaxınları ilə söhbətində bildirib ki, vitse-prezidentliyə namizəd qismində Maykl Pensi seçməsinlər.
Keçmiş prezident Pensə alternativ adları müzakirə edib. Müzakirə olunan adlar arasında afro-amerikalı və ya qadın namizəd də var.
Conflict.az