
Müasir dünya ilə hər hansı əlaqəsi olmayan qəbilələrin belə qəbul etdikləri ehkamlar, qaydalar var. Bu cür toplumların özləri üçün müəyyən etdikləri qaydaların yazılması şərt deyil. Çünki həmin toplum üçün tarixdən qalan əsasdır. Yazılan deyil. Lakin sivil dünya hüquqla idarə edilir. Azərbaycan dünyaya sivil, hüquqi dövlət kimi təqdim edilsə də, lakin görünən odur ki, ölkədə fərdin dediyi və ya etdiyi hüququn önünə keçir. Sözsüz ki, fərd deyərkən sadə vətndaş nəzərdə tutulmur. Əksinə qanunların aliliyinin təmin olunmamasından əziyyət çəkən məhz sadə vətəndaşdır. Bizim fərd dediyimiz yüksək çinli məmur-oliqarxdır. Lakin adamın inzibati resurs ölçüləri hansı böyüklükdə olursa, olsun fərddir. Deməli qanun deyil.
Artıq bir neçə gündür ölkə medasında “İdrak” liseyində baş verənlərlə bağlı müəyyən informasiyalar dərc olunur. Məlumatlardan aydın olur ki, bu dəfə də hüquq əlin arxası ilə kənara itələnir. Əvəzində şəxsi maraq önə keçir. Və ən qəribə məqam isə bu dəfə əziyyət çəkən illərlə vətəndaşın haqqını müdafiə edən vəkildir.

Ölkənin tanınmış hüquqşünaslarından olan Fikrət Cəfərlinin Conflict.az-a müraciəti olduqca ciddi məqamları ortaya çıxarır. F.Cəfərli əməkdaşımızla söhbətində qeyd edib ki, onun övladı “İdrak” liseyində təhsil alır. Lisey təhsil müddətində şagirdin oxuması, qidalanması, istirahəti, ev tapşırıqlarının hazırlanması, əyləncəsi və s. üçün bütün öhdəlikləri öz üzərinə götürüb. Və bu öhdəliklər müqavilə ilə tənzimlənib. Ötən ilə qədər nə hörmətli hüquqşünas, nə də lisey rəhbərliyi arasında hər hansı problem yaşanmayıb. Lakin ötən ildən dünyanın əksər sahələri üçün ciddi problemə çevrilən koronovirus pandemiyasından sonra yuxarıda qeyd edildiyi kimi valideyn-lisey münasibətləri problemlərlə müşayət olunur. F.Cəfərli iddia edir ki, pandemiya dönəmində lisey övladına müqavilə şərtlərində nəzərdə tutulan formada xidmət etməyib. Təhsil ifadəsini xidmətlə ona görə əvəz edirik ki, nəticədə valideyin liseyin etdiklərinin müqabilində müəyyən edilmiş vəsait ödəyir. Deməli hətta təhsilin verilməsi belə hər hansı vəsaitin müqabilində olur. Lakin ötən il bütün dünya, o cümlədən Azərbaycan pandemiyadan dolayı üzbə-üz təhsildən imtina ilə bağlı qərar verdi. Belə ki, məktəb müəllimləri öz mənzillərindən fənlərini tədris etməyə başladılar. Düzdür bu cür təhsilin keyfiyyəti tamam başqa mövzudur, lakin görünən odur ki, həmin dönəmdə dövlət və ya özəl müəssisələr tədrislə bağlı hər hansı maliyyə vəsaitindən demək olar ki, istifadə etmədilər. Yalnız əmək haqları istisna. “İdrak” lseyidə faktiki olaraq F.Cəfərlinin də övladına məsafədən təhsil prinsipinə üstünlük verib. Belə olan təqdirdə lisey rəhbərliynin təhsil haqqını 100% tələb etməsi ədalətin təcəssümü deyil. Bu rəqəm heç 70% tələblə də ədalətə söykənmir. Əksinə görəvdən sui-istifadədir. Çünki lisey rəhbərliyi bu məsələdə haqsız tərəf obrazındadır. Əvvəla ona görə ki, pandemiya elan olunduğu gün lisey rəhbərliyi yeni müqavilə şərti müəyyən etməli idi. Yeni müqavilədə şagirdlə canlı ünsiyyət üçün nəzərdə tutulan bütün xidmətlər qiymətləndirilməli və həmin məbləğ müqavilə qiymətlərindən çıxarılmalı idi. Bundan əlavə valideyinlərlə razılaşdırılmış şəkildə, o cümlədən mütəxəssislərin iştirakı ilə onlayn təhsiln tədrisi ilə bağlı obyektiv qiymət müəyyən edilməli idi. Həmin yeni müqavilə şərtləri canlı təmasa ehtiyac olmadan elmi-texniki tərəqqinin, konkret internetin imkanlarından istifadə edilməklə valideyinlərlə razılaşdırılmalı və öz təsdiqini tapmalı idi. Əvəzində isə həmin müqavilə yoxdur. Əgər bu gün həmin şərtlər və müqavilə forması yoxdursa lisey rəhbərliynin iddiası da absurddur. Lisey rəhbərliynin mediaya açıqlaması da qanuna əsaslanmır. Lisey direktoru Mönsüm Alışov bildirib ki, biz əsas məbləğin 70%-ni tələb edirik. Əvvəla yerdə qalan 30% hansı əsaslarla müəyyən edilib? İkincisi isə qeyd edir ki, "Keçən il də, bu il də 30 faiz güzəşt olunub. Bundan artıq mümkün deyil, amma həmin valideyn 70 faiz güzəşt istəyir. Bizdə hər şey pulludur: işıq, qaz, icarə - bunların hamısı təhsil haqqı ilə ödənilir.” Cənab direktorun nəzərinə çatdırmaq lazımdır ki, əgər şagird və ya pedaqoji heyət pandemiya dönəmində liseyə gəlməyibsə, deməli işıq, qaz, su sərfiyyatı olmyıb. Yox əgər bunun əksini iddia edirsə, o, halda liseydə ciddi qanun pozuntusuna yol verilib. “Bizdə hər şey pulludur”. Direktorun bu fikri belə onun problemə səthi yanaşmasının göstəricisidir. Bəyəm digər müəsisələrdə sadalananlar pulsuzdurmu? Konkret müəssisənin yerləşdiyi binanın icarəsinə gəldikdə isə heç kimə sirr deyil ki, həmin dönəmdə bütün mülk sahibləri öz icarədarlarından ya kirayə haqqı almadılar, ya da ciddi endirimlər etdilər. Ola bilsin ki, “İdrak” liseyinə pandemiyadan dolayı heç bir imkan tanınmadı? Lakin bu məsələdə valideyin günahkar deyil axı. Mönsüm Alışov valideyini yalançılıqda ittiham edir. O zaman sual olunur əgər sizin təbirinizcə valideyin haqqını tələb edərək yalançı durumuna düşürsə, bəs siz 70%-in tələbi zamanı hansı statusda olursunuz?
“Fikrət Cəfərov haqsız və ədalətsiz insandır. "İdrak" liseyində ən ucuz və güzəştli təhsil haqqı onun övladındadır.” Bu da direktorun fkridir. Valideyinin, həm də hüquqşünas olan valideyinin ittihamı ilə bağlı yuxarıda qeyd etdik. Bu ona direktoru məhkəməyə vermək hüququ yaradır. Lakin maraqlı məqam ikinci cümlədir - "İdrak" liseyində ən ucuz və güzəştli təhsil haqqı onun övladındadır.” Sual olunur bu fərqliliyi yaradan səbəb nə olub? Nə üçün o qədər şagirdin içərisində məhz F.Cəfərovun övladına güzəşt etmisiniz? İlk ağıla gələn qənaət budur, deməli bu könüllü güzəşt olmayıb. Özünüzdə fərqində olmusunuz ki, müəyyən etdiyniz məbləğ Azərbaycan reallığında kifayət qədər çoxdur. Adam zatən hüquqşünasdır. Nə vaxtsa həmin məbləği hüquq müstəvisində müzakirə predmetinə çevirə bilər.
Bu məsələdə ən acınacaqlı vəziyyət isə məhz Təhsil Nazirliyinindir – “Biz özəl liseylərə nəzarət edə bilmirik”. Görəsən nədən bir dövlət qurumu fəaliyyəti üçün lisenziya verdiyi müəssisəyə nəzarət edə bilmir? Axı bu tip müəssisələrdə iki tərəf var – valideyin və təhsil müəssisəsi. Göründüyü kimi hər iki tərəf üçün mübahisə predmeti var. O halda biz nəzarət edə bilmirik ifadəsi məsuliyyətdən qaçış deyilmi?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az