Sizin reklam burada
Sizin reklam burada

Xəlifə Haftara dəstək vermək üçün hazırlanan plan üzə çıxdı

Xəlifə Haftara dəstək vermək üçün hazırlanan plan üzə çıxdı
Böyük Britaniya ordusunda xidmət edən general Aleks Makintoş Qərbin Liviya ilə bağlı planını ifşa etdiyinə görə ölkədən qovulub.
Metbuat.az xəbər verir ki, o, Xəlifə Haftara dəstək vermək üçün hazırlanan planı üzə çıxarıb. Plan Haftara silah satışından, Haftara qarşı olan liderlərin girov götürülməsindən və Liviya hökumətini devirməkdən ibarət olub. Britaniyalı general İordaniyada xidmət edərkən, məşhur iş adamlarından birinin vasitəsilə plandan xəbər tutaraq ifşa edib. Dolayısı ilə britaniyalı general Türkiyəyə yardım edib. Çünki Haftarla mübarizədə ağır məğlubiyyətlər alan hökumət qüvvələri Türkiyənin fəal hərbi dəstəyi nəticəsində xilas olub.

Komandanlıq məsələdən xəbər tutandan sonra Aleks Makintoş İordaniyadan qovulub.

Qeyd edək ki, hadisə bir müddət əvvəl baş versə də, indi mətbuata sızıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş