Sizin reklam burada
Sizin reklam burada

İsveç bənzəri görülməmiş əməkdaşlığa razıdır

İsveç bənzəri görülməmiş əməkdaşlığa razıdır
İsveç "Saab" şirkəti tərəfindən istehsal olunan "Qripen" hərbi təyyarələrinin Finlandiyaya satılması məsələsində Helsinki ilə əməkdaşlığa hazırdır.
Bu barədə "Defens Nyus" nəşri məlumat yayıb.

Qeyd olunub ki, İsveç rəhbərliyi Rusiya hücumunun qarşısını almaq üçün bənzəri görülməmiş əməkdaşlığa razıdır.

Bu barədə danışan İsveç müdafiə naziri Peter Hultqvist Moskvanın aqresiv hərəkətlərinə qarşı Skandinaviya ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın əsas şərt olduğunu vurğulayıb.

Nazir hətta hava müdafiəsində bunun həyati önəm kəsb etdiyini qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ