Sizin reklam burada
Sizin reklam burada

Virusun yeni növü ştamların qarışığından əmələ gəldi

Virusun yeni növü ştamların qarışığından əmələ gəldi
ABŞ alimləri koronavirusun iki müxtəlif ştammının birləşməsindən yaranan yeni hibrid növünü aşkar ediblər.
"Daily Mail" xəbər verir ki, Hyu-Meksiko ştatındakı Los-Alamos milli laboratoriyasının həkimi Bett Korber tərəfindən aşkar edilən ştamm koronavirusun ilk hibrid növüdür.
Həkimin sözlərinə görə, virusun hibrid növü Britaniyada yaranmış B.1.1.7 və ABŞ-da qeydə alınmış B.1.429 ştamlarının qarışığından əmələ gəlib. Hələlik, bu növ hibrid virus yalnız bir nəfərdə aşkarlanıb. Onun keçicilik dərəcəsi məlum deyil. Lakin hibrid ştamma yoluxmuş şəxslərin sayının artması istisna olunmur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş