Sizin reklam burada
Sizin reklam burada

"Hakerlərin şəxsiyyətinin müəyyən edilməsi üçün bir neçə ay vaxt gərəkdir”

"Hakerlərin şəxsiyyətinin müəyyən edilməsi üçün bir neçə ay vaxt gərəkdir”
ABŞ-da hakimiyyət orqanlarının kompüter sistemlərinə edilən kiberhücumların nəticələrini aradan qaldırmaq üçün bir neçə ay vaxt lazımdır.
Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Enn Nyuberger deyib.

O bildirib ki, sözügedən kiberhücumlara reaksiya Vaşinqtonda diqqətlə araşdırılır:

“Detalların aşkara çıxarılması və hakerlərin şəxsiyyətinin müəyyən edilməsi üçün də bir neçə ay vaxt gərəkdir”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ rəsmiləri rusiyalı hakerlərin hakimiyyət orqanlarına genişmiqyaslı kiberhücum həyat keçirdiyini bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş