Sizin reklam burada
Sizin reklam burada

Baş Prokurorluq istintaqa başladı

Baş Prokurorluq  istintaqa başladı
Ankara Baş Prokurorluğu Hollandiyanın Nümayəndələr Palatasının üzvü Gert Vildersə qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün cinayət işi açıb.
Hollandiyada anti-İslam mövqeyi ilə tanınan Vilders sosial şəbəkədə Ərdoğanı təhqir edərək, onu “terrorçu” adlandırıb. Bundan sonra Türkiyədən Hollandiyaya sərt şəkildə reaksiya verilib. Ankara Baş Prokurorluğu olayla əlaqədar istintaq başladıb.

Qeyd edək ki, holland siyasətçi 2018-ci ildə də Türkiyə və onun lideri haqda təhqiramiz ifadələrə yer vermişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş