Sizin reklam burada
Sizin reklam burada

Xəstəliyin əlamətləri olan şəxslər təcrid vəziyyətinə keçiriləcək

Xəstəliyin əlamətləri olan şəxslər təcrid vəziyyətinə keçiriləcək
Qvineya Səhiyyə Nazirliyi, Qvineyanın cənub-qərbində Ebola epidemiyasının başlamasını rəsmən təsdiqlədi.
Publika.az xəbər verir ki, xəstəliyin əlamətləri olan şəxslər təcrid vəziyyətinə keçiriləcək.
Qvineya hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edərək əhalini peyvəndləmə üçün xüsusi mərkəz açacaq.
2016-cı ildən bəri ilk dəfə Qvineyada Eboladan ölüm halları qeydə alınıb. Üç nəfər Ebola infeksiyasından ölüb, daha beş nəfərdə də xəstəliyin olduğu təsdiqlənib.
2013-2016-cı illərdə Qərbi Afrikada Qvineyadan yayılan Ebola epidemiyası 11 mindən çox insanın ölümünə səbəb olub.
Qvineyada Ebola peyvəndləməsi 2015-ci ildə başlayıb və Afrikanın pandemiyanı məğlub etməsinə imkan verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş