Sizin reklam burada
Sizin reklam burada

Peyvənd zibilliyə atılacaq

Peyvənd zibilliyə atılacaq
Bütün dünyada koronavirusa qarşı vaksin çatışmazlığının yaşandığı bir halda, Yaponiyada 24 miyon doza həcmində “Pfizer” peyvəndi zibilliyə atılacaq.
“Hürriyyət” nəşrinin mələumatına görə, bunu yaponiya səhiyyə naziri Norihisa Takamura bildirib.
Onun sözlərinə görə, bu addım məcburi xarakter daşıyır. Belə ki, “Pfizer” peyvəndi ölkəyə 6 dozalıq qablaşdırılmada gətirilir. Yaponiyada olan şprislər isə bu dozalardan yalnız 5-ni çəkməyə imkan verir. Odur ki, hər qabın dibində qalan bir doza məcburən tullanmalıdır.

Qeyd edək ki, gündoğar ölkə 144 milyon doza “Pfizer” peyvəndi sıfariş edib. Onun 72 milyon nəfərə çatacağı düşünülsə də, şprislərlə bağlı problemin ortaya çıxmasından sonra, vaksinin yalnız 60 milyon nəfər üçün kifayət edəcəyi məlum olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş