Sizin reklam burada
Sizin reklam burada

"Təkrar danışıqlar aparmaq niyyətində deyilik"

"Təkrar danışıqlar aparmaq niyyətində deyilik"
İran nüvə proqramı ilə əlaqədar təkrar olaraq danışıqlar aparmaq niyyətində deyil.
Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibəsində deyib. O bildirib ki, İran əldə olunan razılaşmadan heç zaman çixmayıb. Müqaviləni birtərəfli qaydada ABŞ-ın keçmiş prezidenti tərk edib. Yeni prezident isə müqaviləyə qayıtmalıdır.

Nazir qeyd edib ki, İran müqavilədən çıxmayıb, sadəcə olaraq müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb. ABŞ sanksiyaları aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş