Sizin reklam burada
Sizin reklam burada

Peyvənd pasportları tətbiq edilməyəcək

Peyvənd pasportları tətbiq edilməyəcək
İngiltərə koronavirusa qarşı peyvənd pasportlarını tətbiq etməyi planlaşdırmır.
Qazeta.ru-nun verdiyi məlumata görə, bunu peyvəndləşmə işləri üzrə nazir Nadhim Zahavi deyib.
"Peyvəndləşmə proqramının bir hissəsi kimi bunu (peyvənd pasportu) qətiliklə tətbiq etməyəcəyik", - nazir bildirib.
O əlavə edib ki, ölkə sakinlərinin başqa ölkələrə səyahətə ehtiyac olduqları təqdirdə aşılama sənədlərini həkimdən ala biləcəklər.
Daha əvvəl Almaniyanın Səhiyyə nazirliyi koronavirus pandemiyası ilə əlaqədar Avropa İttifaqında "peyvənd pasportu"nun yaradılması təklifini nəzərdən keçirdiyini bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş