
“Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrelin Rusiyaya səfəri xüsusi məqsəd daşıyır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin ali komissarı Jozep Borrelin səfərini şərh edərkən deyib.
“Bu səfərin yalnız insan haqları məzmunu və bu danışıqlarla bağlı hazırlanan məlumat, əlbəttə ki, reallığa uyğun gəlmir. Kompleks məsələləri müzakirə etmək lazım gələcək. Həmçinin, Aleksey Navalnı mövzusu da gündəmdə olacaq”, - deyə Zaxarova bildirib.
XİN rəsmisi Avropada keçirilən aksiyalar və polisin davranışları ilə bağlı materiallar hazırladıqlarını qeyd edib:
“Biz artıq Aİ ölkələrində dinc etiraz aksiyalarının necə yatırıldığı, polisin necə davrandığı barədə material hazırlamışıq ki, cənab Borrel və onun nümayəndə heyəti bununla bağlı bizə sual ünvanlamazdan əvvəl özləri bir çox məsələlərə aydınlıq gətirsinlər. Həm ABŞ-ın, həm də Aİ ölkələrindəki daxili vəziyyətə, orada gedən proseslərə baxın. Orada dərin böhrandır. Diqqəti daxili problemlərdən yayındırmaq üçün əlavə, çox güclü bir səbəb lazımdır. Bunun üçün də həmişə Rusiya var”.
Conflict.az