
Ukraynalılar hələ onilliklər boyunca Rusiya ilə müharibə şəraitində yaşamalı olacaqlar.
Bu sözləri ukraynalı analitik Vitali Portnikov deyib.
“Əgər müharibə şəraitində yaşamaq istəyi yoxdursa, o zaman iki variant var: ya kapitulyasiya etmək, ya da çıxıb getmək. Üçüncü variant - razılaşma variantı yoxdur”, - deyə ekspert bildirib.
Portnikov əlavə edib ki, Kreml Ukraynada siyasi və iqtisadi situasiyanı qarışdırmağa davam edəcək və növbəti prezident seçkilərini gözləyəcək:
“Zelenski Kreml üçün artıq mövcud deyil, o, “oynanılmış kartdır”.
Conflict.az