Sizin reklam burada
Sizin reklam burada

Ordu rəhbərliyi ölkənin bir il boyunca hərbi qaydalarla idarə olunacağını açıqladı

Ordu rəhbərliyi ölkənin bir il boyunca hərbi qaydalarla idarə olunacağını açıqladı
Xəbər verdiyimiz kimi, Myanmada hakim Milli Demokratik Birlik (NLD) Partiyasının sözçüsü Myo Nyunt, Dövlət Şurasının Prezidenti və Xarici İşlər Naziri Aung San Suu Çii və partiyanın digər liderləri saxlanılıblar.
"Hürriyet" xəbər verir ki, hakim partiya ölkədə hərbi çevrilişin olduğunu açıqlayıb.
Hazırda ölkəyə Baş qərargah rəisi Min Aunq Hlainq rəhbərlik edir.
Bildirilir ki, hərbi çevrilişə səbəb 8 noyabr seçkilərinin saxtalaşdırılması olub.
Çevrilişdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Ordu rəhbərliyi ölkənin bir il boyunca hərbi qaydalarla idarə olunacağını açıqlayıb.
Bu arada Ağ Evin sözçüsü Jen Psaki ABŞ-ın Myanmadakı çevriliş prosesindən narahat olduğunu və demokratik qurumlara ciddi şəkildə dəstək verməyə davam etdiklərini deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş