Sizin reklam burada
Sizin reklam burada

"Türkiyəni terror qruplaşmaları ilə məhdudlaşdıra bilməyənlər digər vasitələrlə sıxmağa çalışırlarlar"

"Türkiyəni terror qruplaşmaları ilə məhdudlaşdıra bilməyənlər digər vasitələrlə sıxmağa çalışırlarlar"
Yunanıstan Türkiyə ilə süni gərginlik yaradaraq xaricdən dəstək almağı planlaşdırır.
Bu sözləri türkiyəli ekspert Talha Köse deyib.
“Yunanıstan son zamanlar Türkiyəyə qarşı daha təcavüzkar siyasət yürütmə meyillərini ortaya qoyur. Burada üçüncü tərəflərin rolu böyükdür. Türkiyəni terror qruplaşmaları ilə məhdudlaşdıra bilməyənlər indi də digər vasitələrlə sıxmağa çalışırlar. Yunanıstan üçün ən optimal yol Türkiyə ilə yaxşı qonşuluq münasibətləri qurmaqdır.
Yunanıstanı hazırda narahat edən məsələlərdən biri də Türkiyənin son illərdə qazandığı hərbi-siyasi uğurlardır. Yunanıstan bu uğurların çox gerisində qalıb”, - deyə ekspert bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş