Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistana qayıtmağa məcbur qalan ermənilər çox sayda problemlərlə üzləşirlər.
Erməni mətbuatının yazdığına görə, onlar ilk növbədə yaşamaq üçün kirayə mənzil problemini həll edə bilmirlər.
Cebhe.info xəbər verir ki, Ermənistanda son zamanlar kirayə mənzillərin qiymətində kəskin bahalaşma var.
Dövlətin bu ermənilərə göstərdiyi maddi dəstək problemləri həll etmək üçün kifayət etmir. Bundan başqa, proqram 18-58 yaşlı kişilərə şamil olunmur. Onların işləyərək pul qazanmasının mümkünlüyü göstərilir. Ancaq problem həm də ondadır ki, Ermənistanda işsizlik də yüksək səviyyədədir və iş yerləri yoxdur.
Hazırda Ermənistan hökuməti Qarabağda işğaldan sonra məskunlaşdırılan və 44 günlük müharibədən sonra zəbt etdiyi torpaqlardan çıxmaq məcburiyyətində qalan erməniləri qida, zəruri tibbi ləvazimat, qalmaq üçün yerlə təmin etməkdə ciddi problem yaşayır.
Conflict.az