Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun olduğu iddia edilən Gelencikdəki saray, əslində nə ona, nə də yaxınlarından heç kimə məxsus deyil.
TASS məlumat verir ki, bunu ölkə başçısı tələbələrlə onlayn görüş zamanı bəyan edib.
“Mən bu filmə baxmamışam, o qədər vaxtım yoxdur. Amma köməkçilərimin mənə göndərdikləri video-seçmələri izləmişəm. Orada göstərilənlərin heç biri nə mənə, nə də yaxınlarıma məxsus deyil, heç vaxt da məxsus olmayıb. Heç vaxt!”, -deyə V.Putin qeyd edib.
“Belə şayiələr artıq 10 ildir ki, dolaşır. Sadəcə bu dəfə onların hamısını bir yerə toplayıblar və vətəndaşlarımızın beynini yumağa çalışıblar”, - deyə Putin əlavə edib.
O, həmçinin daşınmaz əmlakla bağlı istənilən əməliyyatların aparılması zamanı hansısa qeydlərin olduğunu, izlərin qaldığını bildirib. Bunun əvəzində isə:
“Sübutlar əvəzinə biz nə görürük. Sadəcə mənim batterflay üslubunda üzməyimi əks etdirən fotomu internetdə yerləşdiriblər. Nə olsun ki. Mən belə üzürəm. Sonuncu dəfə Yenisey çayında belə üzmüşəm. Amma o göstərilən hovuzda heç vaxt üzməmişəm. Bu sadəcə montajdır. Nədir, qızlar, darıxırsınız? Heç olmasa yeni nə isə fikirləşərdiniz.”
V.Putin onu da qeyd edib ki, filmdə adıçəkilən şəxslərdən bəzilərini tanıyır. Kimsə onun tanışı, keçmiş iş yoldaşı, uzaq qohumudur. Lakin elə şəxslə də var ki, onların adını ilk dəfə eşidir, heç üzlərini də görməyib. Onlardan bir çoxu isə prezidentlə tanışlıqdan xeyli əvvəl bizneslə məşğul olmağa başlayıblar.
Conflict.az