Sizin reklam burada
Sizin reklam burada

"Mənim heç nədən xəbərim yoxdur”

"Mənim heç nədən xəbərim yoxdur”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müxalif siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında saxlanılmasına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, o, “Podyom” nəşrinin əməkdaşına deyib ki, bu barədə heç bir şey bilmir:
"Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur”.
Kremlin nümayəndəsi əlavə edib ki, onun məzuniyyətinin son günüdür və baş verənləri izləməyib.
Qeyd edək ki, yanvarın 17-də Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.
"RİA Novosti”nin yaydığı məlumata görə, Aleksey Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.
A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.
Müalicə alaraq sağalan Aleksey Navalnı yanvarın 17-də Almaniyadan təyyarə ilə Moskvaya gəlib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş