Norveçli mütəxəssislər COVID-19 əleyhinə “Pfizer” peyvəndi vurulduqdan sonra 23 nəfərin ölüm səbəblərini araşdırırlar. Bu barədə ölkənin Dərman Vasitələri Agentliyi məlumat yayıb.
“Vaksinasiya nəticəsində 23 ölüm halı müəyyən olunub. Hazırda onlardan 13-ü araşdırılıb. Peyvəndin əks təsirləri yaşlı insanlarda olan digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Norveçdə vaksinasiya dekabrın 27-dən etibarən başlayıb. İlk olaraq Oslodakı qocalar evlərinin sakinləri peyvənd olunub. Hazırda vaksinasiyadan keçənlərin sayı 25 min nəfərdir. Bütün ölüm halları 80 yaşından yuxarı şəxslər arasında qeydə alınıb.
Conflict.az