Qarabağda hərbi xidmət keçən erməni hərbçilərin valideynləri Yerevanda etiraz aksuyası keçirib.
Vazgen Sarkisyan adına hərbi akademiyanın önünə toplaşan valideynlər övladlarının Ermənistanda qalıb xidmət keçmələrini tələb ediblər.
“Övladlarımız məzuniyyət üçün evə gəliblər. 1 həftəlik məzuniyyət bitdikdən sonra Qarabağa qayıtmalıdırlar. Biz istəmirik ki, onlar Qarabağa qayıtsınlar, qalıb Ermənistanda xidmətlərini keçsinlər”-deyə əsgər valideynləri açıqlama verib.
Conflict.az