Donald Tramp tərəfdarlarının ABŞ Konqresinə daxil olmasına və 4 nəfərin ölümünə görə məsuliyyətə cəlb edilə bilər.
Bunu Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, Trampın bununla bağlı tərəfdarlarına çağırışları olubsa, onun həbsi mümkündür:
“Tramp öz çıxışlarında tərəfdarlarına Konqresin binasına daxil olmaq, Senat iclasının qarşısını almaq kimi çağırışlar edibsə, buna görə məsuliyyət daşıyır. Bu səbəbdən onun barəsində cinayət işi qaldırıla və nəticədə Tramp həbs oluna bilər. ABŞ qanunlarında konstitusion rejimin dəyişdirilməsi ilə bağlı cinayətlərin cəzası ağırdır”.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da Tramp tərəfdarları seçki nəticələrinə etiraz edərək, Konqres binasına daxil olublar.
4 nəfər etirazlar zamanı, daha bir nəfər isə aldığı xəsarətlərdən insidentdən bir gün sonra ölüb.
Conflict.az