Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın vasitəçiliyi ilə tərəflər əllərindəki girovları dəyişdilər

Rusiyanın vasitəçiliyi ilə tərəflər əllərindəki girovları dəyişdilər
Rusiya Suriyada Bəşər Əsədə sadiq qüvvələri PKK terror təşkilatının mühasirəsindən çıxarıb.
Rusiyanın müdaxiləsi ilə üç günlük mühasirə sona çatıb. Belə ki, 3 yanvardan etibarən PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşması ölkənin şimalındakı Haseke vilayətinin Kamışlı şəhəri ətrafında Əsəd rejimi qüvvələrini mühasirəyə salmışdı.
Rusiya üç gündən sonra olaya müdaxilə edib və Əsəd rejimi mühasirədən xilas ola bilib. Həmçinin Rusiyanın vasitəçiliyi ilə tərəflər qarşılıqlı şəkildə əllərində girovları dəyişiblər. Təhvil-təslim prosesindən sonra mühasirənin dayandırılması barədə razılığın şərtlərinin icrası başlanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ