Sizin reklam burada
Sizin reklam burada

"Regionda yaşayan tələbə Bakıda yerləşən ali təhsil müəssisəsinə gəlmədən, kirayə ev tutmadan rahatlıqla yaşadıqları ərazidən distant təhsil ala bilərlər"

"Regionda yaşayan tələbə Bakıda yerləşən ali təhsil müəssisəsinə gəlmədən, kirayə ev tutmadan rahatlıqla yaşadıqları ərazidən distant təhsil ala bilərlər"
Xəbər verdiyimiz kimi, 2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 2020-2021-ci tədris ilində Hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququndan yararlanacaq.

Məlumdur ki, hazırda pandemiya ilə əlaqədar xaricdə oxuyan tələbələr də onlayn təhsil alır. Artıq distant təhsil günümüzün reallığına çevrilib və gələcəkdə postpandemiya dönəmində də də təhsil sistemini böyük ölçüdə əhatə edə bilər.

Təhsil eksperti Elçin Əfəndi Cebhe.info-ya bildirib ki, ölkəmizdə 2019-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda distant təhsil də öz əksini tapıb:

“Lakin distant təhsilin ölkə səviyyəsində tanınması hələ ki, bir qədər çətindir. Bu da mövcud problemlərlə, insanların distant təhsilə biganə yanaşması ilə bağlıdır. Amma mart ayından bugünədək pandemiya ilə bağlı vəziyyət göstərir ki, ölkəmizdə distant təhsil tədricən leqallaşa bilər. Artıq cəmiyyət də distant təhsilə uyğunlaşır. Biz bunu xaricdə təhsil alan tələbələrin timsalında da görürük. Onlar xarici ölkələrin onlayn dərslərinə qoşularaq təhsil alırlar”.

Təhsil eksperti qeyd edib ki, ictimaiyyətdə hələ distant təhsilə qarşı maraq az olsa da, bir çoxlarına distant təhsil sərf edir: “O baxımdan sərf edir ki, işləyən, lakin eyni zamanda ali təhsil almaq istəyənlər var. Yaxud da ali təhsil almaq istəyən və ailə həyatı qurmuş şəxslər var. Həmçinin nəzərə alaq ki, əksər tələbələr regionlarda yaşayır, Bakıda yerləşən ali təhsil müəssisələrinə qəbul olunurlar. Onlar bura gəlmədən, kirayə ev tutmadan rahatlıqla yaşadıqları ərazidən distant təhsil ala bilərlər. Bu şəxslər üçün distant təhsil əlverişlidir. Mənim fikrimcə, bu səbəblərdən distant təhsilə keçid vacibdir. Eyni zamanda, əyani təhsil də mühümdür. Bunlar parallel şəkildə təşkil olunsa, daha yaxşı olar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ