Sizin reklam burada
Sizin reklam burada

"Biz ayda 500 ton uran zənginləşdirə bilərik”

"Biz ayda 500 ton uran zənginləşdirə bilərik”
"İranın uranı 40-60 faizədək zənginləşdirməyə imkanı var".
“Report” xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvənd bildirib.
Onun sözlərinə görə, İran son 6 ildə ilk dəfə uranı 20 faizədək zənginləşdirib: “Hazırda bizim 3,5-4 faiz zənginləşdirilmiş 4 ton maddəmiz var. Proqnozumuza əsasən, biz ayda 500 ton uran zənginləşdirə bilərik”.
O əlavə edib ki, nüvə razılaşmasındakı həddi əldə etmək üçün İrana bir il lazımdır.
İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə deyib ki, İran hər il 9 kq 20 faiz zənginləşdirilmiş uran istehsal edəcək.
Xatırladaq ki, dekabrın 4-də İran 20 faiz zənginləşdirilmiş uran istehsal edib.
ABŞ bildirib ki, Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti şantaj edir. Rəsmi Vaşinqton yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ