Sizin reklam burada
Sizin reklam burada

Keçmiş namizəd 13 gün vaxt verdi

Keçmiş namizəd 13 gün vaxt verdi
Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ölkədə etirazların aktivliyinin azalması səbəbindən Minskə rəsmi ultimatum göndərib.

Bu sözləri rusiyalı politoloq Vladimir Şapovalov deyib.

O bildirib ki, xanım siyasətçi Belarusda zəifləyən etirazları yenidən canlandırmaq istəyir.

"Onlar etirazları "reanimasiya" etmək istəyirlər. Elan etdiyi şərtlərdə yeni heç nə yoxdur. Hamısı tətbiq edilib: Tətillər, boykot, yolların bağlanılması...", - deyə politoloq bildirib.

Qeyd edək ki, S.Tixanovskaya rəsmi Minskə ultimatum göndərib.

Keçmiş namizəd 3 əsas şərt irəli sürərək bunların yerinə yetirilməsi üçün prezident Aleksandr Lukaşenkoya 13 gün vaxt verib. Ultimatumda Lukaşenkonun istefaya getməsi, zorakılığın dayandırılması və siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Tixanovskaya tələblərin yerinə yetirilməyəcəyi təqdirdə kütləvi etirazlar və tətillərin keçiriləcəyi, yolların bağlanılacağı ilə bağlı hakimiyyəti hədələyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş