Sizin reklam burada
Sizin reklam burada

"Sənə neçə dəfə demişəm ki, yerində sakit otur"

"Sənə neçə dəfə demişəm ki, yerində sakit otur"
Ramiz Mehdiyev hələ ikinci bəyanatı zamanı 29 nəfərin adını çəkmişdi və onları məhkəməyə verməklə təhdid edirdi. Bu şəxslərin siyahısında mənim də adımı çəkmişdi. Mən dərhal ona ismarıc göndərdim ki, məni məhkəməyə versin. Açıq dedim ki, 3 gün ərzində iddia qaldırmasan imkan yaradırsan ki, mən səni məhkəməyə verim. 10 gün gözlədim, amma məhkəməyə vermədi. İndi də həsrətlə gözləyirəm ki, Mehdiyev məni məhkəməyə versin. Amma real addım atmaq əvəzinə yenə ona qarşı danışanları təhdid edir.

Bu fikirləri sabiq millət vəkili, YAP-ın ilk üzvlərindən olan Maksim Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bu gün verdiyi açıqlamanı şərh edərkən deyib.

Maksim Musayev əlavə edib ki, Mehdiyevin onu məhkəməyə verməsini həsrətlə gözləyir: “Əgər özünə güvənirsə, nə mən vəkil çağıracağam, nə də o çağırsın.

Ramiz, bəsdir, mənə “xox” gəldiyin. Sənin zamanın, qatarın çoxdan gedib. Mən sənə neçə dəfə demişəm ki, yerində sakit otur, unudul...”

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ